11.12.2021
09.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "Xalqa xidmətdə keçən ömür"adlı onlayn video konfrans keçirildi.
Konfransın ilk açılışını direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva açdı. O, qeyd etdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə baş məsləhətçi Süleyman Əliyevə verildi. O, qeyd etdi ki, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, Dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
Daha sonra söz Çobanabdallı kənd Diyarşünaslıq evinin müdiri Əsgərova Səxavətə verildi. O qeyd etdi ki, bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.