Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərimizin təməli ulu öndər Heydər Əliyev” mövzusunda onlayn konfrans keçirilmisdir

11.12.2021

09.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsi Qobustan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Zəfərimizin təməli ulu öndər Heydər Əliyev" mövzusunda onlayn konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Qasımova Raziyə ulu öndər Heydər Əliyevin xalqımızın tarixində oynadığı mühüm roldan, bu gün hər bir azərbaycanlının onun misilsiz xidmətləri qarşılığında böyük sayğı ilə anmasından, Zəfərimizin təməlnin bu böyük şəxsiyyətin fəaliyyəti ilə bağlı olduğunu vurğuladı. Tədbirə eyni zamanda regionlarda fəaliyyət göstərən Lənkəran, Şəki, Ağdaş, Ağdam, Zaqatala Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının birgə iştirakı ilə keçirildi. Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev, Qobustan Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond muhafizi Elçin Cəfərov, Şəki Heydər Əliyev Mərkəzinin elmi işçisi Zeynəb Cəfərova həmçinin tədbirin digər iştirakçıları mövzu ətrafında geniş çıxış etdilər. Ulu öndərin əziz xatirəsi yad edildi.