11.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsind 10.12.21-ci il “Ulu öndər, dahi şəxsiyyət” başlığı altında anım günü keçirildi. Tədbirdə Cəfər Cabbarlı adina 6 nömrəli tam orta məktəbin VII-ci sinfinin bir qrup şagirdləri və müəllimi iştirak etdilər. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi və bildirdi ki, bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var - o da ölkədə Heydər Əliyev yolunun uğurla davam etdirilməsidir. Həmişə azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin həyat yolu, vətən sevgisi siz məktəblilər üçün örnəkdir. Sonra, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin müəlliməsi Bəyim Rüstəmova tədbir iştirakçılarına, ümummilli liderin hər zaman təhsilə, elmə xüsusı diqqət və qayğı göstərməsindən danışdı.Bildirdi ki,ulu öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.Tədbirdə iştirak edən 6 nömrəli tam orta məktəbin şagirdləri ulu öndərə aid şeirlər söylədilər. Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin nümunəvi həyat yolu və misilsiz xidmətlərindən bəhs edən video – çarx izləyib və kitab sərgisi ilə tanış oldular.