Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ay mənim ana Kürüm!” adlı musiqi saatı keçirilmisdir

11.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında dillər əzbəri olan el havaları müəllifi,gözəl saz və söz ustası Aşıq Pənahın anadan olmasının 95 illiyi ilə əlaqədar "Ay mənim ana Kürüm!" adlı musiqi saatı keçirildi.Musiqi duyumlu fəal  oxucular və 3 saylı musiqi məktəbinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri kitabxananın müdiri Natella Hacıyeva açdı.O,sevilən,bənzərsiz sənətkar kimi tanınmış aşığın həyat və yaradıcılığı haqqında məlumat verdi.Tədbirdə musiqi nəzəriyyəsi müəllimi Zemfira Əliyeva,saz müəllimi Məhəbbət Məmmədova çıxış edərək bildirdilər ki,Aşıq Pənah 32 ənənəvi aşıq havasını ustalıqla ifa etmiş,18 aşıq havası - "Dilbər", " Yeddi qardaş", " Azərbaycan" və s.bəstələmişdir və aşıq 2 dastanın,100- dən çox qoşmanın müəllifidir.Sonra musiqi məktəbinin saz müəllimi və şagirdləri aşığın "Ay mənim ana Kürüm", "Azərbaycan" və s.mahnılarını səsləndirdilər.Tədbirin sonunda kitabxanaçı qeyd etdi ki,aşığın xatirəsi onun yaratdığı əsərlərdə yaşayır və o həmişə şirin səsi ilə xalqımızın ürəyində yaşayacaq.

 

137.5 KB