07.03.2018
Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində
8 Mart – Beynəlxalq Qadınlar günü keçirildi
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə konsert olmuşdur.
Konsertdən əvvəl məktəbin direktoru çıxış edərək, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə “Heydər Əliyev Fondu”nun Prezidenti Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi.
Sonra Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladıqları konsert proqramı təqdim olunmuşdur.