Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirdi.

10.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirdi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər MKS-nin əməkdaşları iştirak etdilər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdən əvvəl Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Bədəlova tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi.

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Tədbirin aparıcısı MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova çıxış edərək qeyd etdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, elmi işçisi Gülər Ellazova, kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildirdilər ki, Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir.

 

172.2 KB

 

220.1 KB