10.12.2021
09.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxucuları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədləşən şəxsiyyət” mövzusunda tədbir keçirtdilər.
Tədbirdə Goranboy şəhər 2 saylı tam orta məktəbin müəllimləri Lamiyə Rüstəmova, Münəvvər Əhmədova, şəhid Əli Məhərrəmov adına 7b sinif şagirdləri və şəhid Kənan Yusibov adına 4-cü sinif şagirdləri iştirak etdilər.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin Mərkəzdə yerləşən büstü önünə gül dəstələri düzüldü. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbir haqqında ətraflı məlumat verdi. Uşaq şöbəsinin oxu zalın müdiri Samirə Əliyeva “Xalqa xidmətdə keçən ömür” adlı məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 2 saylı tam orta məktəbin tarix müəllimi Lamiyə Rüstəmova çıxış edərək qeyd etdi ki, xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır.
Mərkəzin bələdçisi Mətanət Əliyeva şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi. O, Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və Goranboy şəhərinə tarixi səfərləri haqqında geniş məlumat verdi. Tədbirdə məktəblilərin ifasında “Sən elə bir zirvəsən” adlı şeir kompoziyasiyası tədbir iştirakçılara təqdim olundu.