Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.

10.12.2021

09.12 .2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Mədəniyyət Mərkəzinin kurs tələbələri və qəsəbədə yaşayan gənclər iştirak etdilər.

Tədbiri Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq Vətən müharibəsi şəhidlərinin, o cümlədən bütün Azərbaycan şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra söz Kəpəz RPİ-nin Polis mayoru Tural Eldarova verildi. O, çıxış edərək narkomaniyaya qarşı mübarizədə hər bir valideynin yaxından iştirak etməsinin vacib olmasından söhbət açdı. Narkomaniyanın zərərindən və gənclərin sağlam böyüməsinə mənfi təsirindən danışdı.

Daha sonra Kəpəz RPİ-nin Polis kapitanı Yunis Xəlilov çıxış edərək bildirdi ki, gənclərlə mütəmadi olaraq tərbiyəvi söhbətlərin aparılması vacibdir. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür.

Sahə həkimi Rüstəm Kərimov gənclərə tövsiyyəsində narkomaniyanın mərkəzi sinir sisteminə spesifik təsir göstərməsi və tez bir zamanda asılılıq yaratmasından danışdı. O, bildirdi ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi sağlamlığa ziyandır.

Qəsəbə ağsaqqalı Vaqif Cəfərov gəncləri pis vərdişlərdən uzaq olmağa sağlam yaşamağa çağırdı.

Tədbir mövcud karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunmuşdur.