Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Haqq vergili aşiq” başlığı altında tədbir videokonfrans keçirilmişdir

09.12.2021

Gəncəşəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialıAzərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi iləəlaqədar “Haqq vergili aşiq” başlığı altında tədbir videokonfrans keçirtdi. Tədbiri 15 saylıfilialın müdir əvəzi Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlarındandır. DədəƏləsgər aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük bir iz buraxmışdir. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq bir çox təşkilatlarda olduğu kimi Gəncəşəhər MKS-də və onun filialarında da tədbirlər təşkil olunur. Dəyərli insanlar, fikir sahibləri, qələm adamları, saz söz sərraflarıkeçirilən tədbirlərə dəvət olunurlar. Bu günki tədbirimizdədə dəyərli müsafirlərimiz yer almaqdadır. Sonra sözüçıxışüçün qonaqlara verdi. Tədbirdə AMEA-nın Gəncə bölməsinin Azərbaycan ədəbiyyatışöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, TürkiyədənNiğde Ömer Halisdemir Üniversitesi, Türk Musikisi Devlət Konservatuvarı professor, doktor Feyzan Göher, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri  üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, DədəƏləsgər Ocağıİctimai Birliyinin Humanitar məsələlər üzrə müşaviri, şair, publisist Güllü Eldar Tomarlı, əməkdar mədəniyyət işçisi, aşıq Məhəmmədəli Məşədiyev, şair, tədqiqatçı Fərzalı Rüstəmli, Göygöl rayon Təhsil Şöbəsinin müdir müavini Salman Balakişiyev, Gəncəşəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova ətraflı, dərin məzmunlu çıxışlar etdilər.Ölməz sənətkarın yaradıcılığından nümunələr söylədilər. Gəncəşəhər 1 saylı musiqi məktəbinin müəllimi Aşıq Saleh Ələsgər yaradıcılığından gözəlləmə ifa edərək tədbirə xüsusi bir rəng qatdı. Filial müdiri əvəzi Şəhla İlyasova çıxışçılara öz minnətdarlığını bildirdi.Sonda qeyd etdi ki, Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.

 

 

128.4 KB