Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərin xatirəsinə həsr olunmuş onlayn kofrans keçirilmişdir.

09.12.2021

8.12.2021 ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları II-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Samux rayon Füzuli kənd şəhidləri Asəf Volodya oğlu Maşiyev və Ağamməd Elgiz oğlu Ağamalıyevin  xatirəsinə onlayn konfrans keçirildi.

     Konfrasda ilk sözü Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva açdı.O, çıxışında bildirdi ki, Azərbaycan Ordusunun mayoru olan Asəf Maşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.Asəf Maşiyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı itkin düşüb.70 gündən sonra onun nəşi tapılıb və dəfn olunub.

      Daha sonra söz,Füzulı kənd Mədəniyyət evinin müdiri Qiyas Əsgərova verildi.O, öz çıxışında qeyd etdi ki, şəhidlərin hər biri bizim övladımızdır.Biz fəxr edirik ki,bizim gözü qorxmaz, cəsur igidlərimiz var.Belə övladlarımızdan biri də, Ağamalıyev Ağamməd Elgiz oğludur.Ağamemmed Ağamalıyev II-ci Qarabağ müharibəsində böyük şücaət göstərib.13oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda"və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

     Daha sonra söz, Mədəniyyət Mərkəzinin müşaiətçisi Şəlalə Tağıyeva verildi.O, öz çıxışında qeyd etdi ki, şəhidlərimiz bir xalq qəhrəmanı olaraq, zəncirləri qıraraq, zülmətləri yararaq,xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

  Şəhidlərimizlə qürur duyuruq.Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik..

 

75.4 KB