Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənin canlı fədailəri” adlı görüş keçirilmişdir

07.12.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın oxu zalı II Qarabağ döyüşlərində  yeni tarix yazan, Zəfər savaşçıları olan igid, ər oğullarımız-Qazilərimizlə “Vətənin canlı fədailəri” adlı görüş təşkil etmişdir.

             İlk öncə Azərbaycan torpaqları uğrunda həlak  olmuş bütün Şəhidlərimizn ruhunu 1 dəqiqəlik sükutla yad edildi.

            Görüş ermənilərə məxsus raket  su-25 tipli döyüş təyyarəsini məhv edən Elvin Hüseynzadə,Qazi Tural, Turqut, Coşğun, tankçı Pərviz, Taleh, Elmir kimi igid Azərbaycan oğulları ilə baş tutdu.

            Onların hər biri keçdiyi döyüş yolundan, özlərinin və şəhid olmuş döyüş yoldaşlarının müharibədə göstərdikləri şücaətlərindən danişaraq onları sarsıdan bir çöx məqamları-itirdikləri dostları ilə bağlı xatirələri də iştirakçılarla bölüşdülər. 44 günlük Qarabağ savaşının ağrı acı dolu xatirələrini dinləmək  ağrılı olsa da, şəhid və qazilərimizin vətənpərvərlik ruhu, vətən sevgisi və qəhrəmanlığı sayəsində əldə edilmiş qələbə sevincinin həyəcanı daha qürurverici idi.

            Qazilərlə görüşə təşrif buyurmuş Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, əmək veteranı, şair Bəxtiyar Muradov, Cavad xan Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənov, yazıçı, Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Qərib Mehdi,  şairə, prezident təqaüdçüsü Aləmzər Əlizadə, şair İnqilab İsaq, Elton Türkel, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, Gəncə Tibb Kollecinin tələbələri  Qazilərə həsr etdikləri şeirlərlə, xoş arzu və istəklərlə  çıxışlar etdilər. Onların hər birinə sağlam ömur, müharibəsiz günlər dilədilər. Gəncə şəhər 31 saylı usaq bağçasının körpələri İlahə müəllimənin rəhbərliyi altında vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdilər.

            Müzadil Həsənov yeni nəşr olunmuş kitabını qazilərə hədiyyə olaraq bağışladı.

            Gəncə şəhər Gəncə şəhəri Z.Qayıbov adına 5 №-li Uşaq Musiqi Məktəbi və 4 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri öz rəngarəng musiqi töhvələri ilə qazilərin görüşünə gəlmişdilər. 5 Nömrəli Uşaq Musiqi Məktəbinin muğam müəllimi Saleh Talıbovun ifa etdiyi “Qarabağ Şikəstəsi” iştirakçıların hər birinin  zövqünü oxşadı.

            Sonda 44 Günlük Vətən savaşında 30 illik həsrətdən sonra Qarabağ Torpağına sancılan  müqəddəs atributumuz-Azərbaycan Bayrağı “Yaşa Azərbaycan”  musiqi sədaları altinda Qazilərimizin başı üzərində dalğalandı.

            Tədbir yerli kanal “Kəpəz” kanalı vasitəsilə işıqlandırıldı.

 

107.1 KB

 

64.3 KB

 

91.6 KB