Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqa xidmətdə keçən ömür” mövzusunda tədbir keçirilmişdir

07.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa xidmətdə keçən ömür” mövzusunda tədbir keçirdi. Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim və 6ç sinif şagirdləri iştirak etdilər.

Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və qədim Gəncə şəhərinə tarixi səfərləri haqqında geniş məlumat verdi.

Tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi Gülər Ellazova müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etməsindən danışdı. O bildirdi ki, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.

Mərkəzin bələdçisi Sevinc Bədəlova öz çıxışında qeyd etdi ki, Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz Ulu Öndər Heydər Əliyev təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olundu.

 

91.4 KB