Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalqına bağlı sənətkar” adlı sərgi keçirilmişdir.

07.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 07.12.2021- ci il tarixdə Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95 illiyi ilə əlaqədar "Xalqına bağlı sənətkar" adlı sərgi təşkil olundu.Böyük kitabxanaçı Könül Mirxudayeva sərginin ölkə prezidentinin sərəncamına uyğun olaraq nümayiş olunduğunu bildirdi,şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra,sərgilənən kitabların xülasəsini etdi.Təqdim olunan sərgidə şairin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri ; yazdığı,redaktor olduğu,tərtib və tərcümə etdiyi,haqqında yazılmış kitablar və dövri mətbuat materialları  nümayiş olundu.Sərgi 3 gün davam edəcək.

 

118.5 KB