Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır” başlığı altında söhbət keçirilmişdir.

07.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  “Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır” başlığı altında söhbət təşkil etdi. Tədbir şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla  başladı. Şöbənin müdiri Ellada Rəhimova  çıxış edərək bildirdi ki, XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Dağlıq Qarabağ münaqişəsi milyonlarla soydaşımızın taleyinə ciddi təsir göstərdi. Düşmən Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları etdi və terror əməlləri törədərək, Azərbaycana qarşı hərbi təcavüzlər həyata keçirtdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olunaraq yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovularaq qətlə yetirildi və yaralandı. Ermənistanın 2021-ci il sentyabrın 27-də başladığı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan öz doğma torpaqlarının müdafiəsinə qalxdı. Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta¬rixi qələbəmizlə başa çatdı. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızı əbədi olaraq dalğalandırdı. Bizə bu qələbəni yaşadan qəhrəman Azərbaycan oğullarının igidlikləri isə xalqımızın qan yaddaşında əbədi olaraq qaldı. Illər keçdikcə onların qəhrəmanlıqları haqqında  qalın-qalın kitablar yazılacaq, igidlikləri, məgrurluqları, vətənpərvərlikləri gələcək nəsillərə örnək olacaqdır.Sonda iştirakçılar vətən müharibəsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına həsr olunmuş guşə ilə tanış oldular.

 

253.5 KB

 

258.3 KB