Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi ili” çərçivəsində Gəncədə ilk dəfə Muğam müsabiqəsinə start verilib.

06.12.2021

06.12.2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin təşəbbüsü, regional idarənin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy göl” Dövlət mahnı və rəqs ansamblının təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində Gəncədə ilk dəfə olaraq Muğam müsabiqəsinin 1-ci turuna seçim mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Xalq artistləri Şahnaz Haşımovanın, Adil Bayramovun, Əməkdar artist Mahir Məmmədovun, istedadlı muğam ifaçıları Vaqif və Şahin Mirzəyevlə, Gəncə Regional Mədəniyyət idarəsi tabeliyində fəaliyyət göstərən Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkkül Hüseynovun üzv olduqları münsiflər heyətinin rəhbərliyi ilə müsabiqədə, Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və s. rayonlardan olan 50 nəfər muğam ifaçısı iştirak edib. Muğam ifaçılarını “Göy göl” Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri Sahil Quliyevin rəhbərliyi ilə musiqi qrupu müşayiət edib.

Müsabiqədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəzəlləri daxil olmaqla müxtəlif muğamlar təsniflər, eləcə də xalq mahnıları ifa edilib.