03.12.2021
03.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Qarayeri qəsəbə klubunun kollektivi birgə 3 dekabr “ Beynəlxalq Əlillər günü “ münasibəti ilə Qarayeri qəsəbə kitabxanasında 1-ci Qarabağ Müharibəsində 2-ci qrup əlili olan Amanov Vahid Amanulla oğlu və Çernobl qəzasının iştirakçısı 2-ci qrup əlil olan Qasımov Eyvaz Mövla oğlu ilə görüşdülər. Görüşdə əlillərin səhəti ilə və sosial durumları ilə maraqlandılar. Hər iki əlil Amanov Vahid və Qasımov Eyvaz Dövlət Başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında diqqət və qayğıyla əhatə olunduqlarını bildirdilər. Ev və nəqliyyat vasitəsi ilə təmin olunduqlarını və dövlət tərəfindən diqər sosial köməklikər göstərildiyini əlavə etdilər.Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova hər iki əlilə can salığı arzu etdi. Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənova da öz növbəsində ailə səadəti və gələcək həyatlarında uğurlar arzu etdi.Qarayeri bələdiyyəsinin üzvü Asəf Ələsgərov da Bələdiyyə tərəfində qəsəbədə yaşayan əlillər hər zaman diqqət mərkəzində saxlanıldığını bildirdi.