Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Beynəlxalq Könüllülər günü” ilə əlaqədar tədbir keçirilmişdir

06.12.2021

5dekabr "Beynəlxalq Könüllülər günü" ilə əlaqədar olaraq Nizami Gəncəvi muzeyində tədbir təşkil olundu.Tədbirə Şəmkir rayon Kimya - Biologiya təmayüllü litseyin şagirdləri dəvət olunmuşdular. İlk öncə şagirdlər Nizami muzeyi ilə tanış oldular.Daha sonra konfrans zalında tədbir keçirildi.Tədbirdə muzeyin direktor əvəzi Könül Süleymanova əlamətdar günlə əlaqədar məlumat verdi. O, öz nitqində bildirdi ki, BMT baş assambleyası 1985-ci il dekabrın 17də hər il dekabrın 5-nin beynəlxalq könüllülər günü kimi qeyd olunmasını təsis etmişdir.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasının qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidi.Tədbirin sonunda şagirdlərə hədiyyələr və Nizami muzeyinin bukletləri təqdim olundu.Sonda xatirə şəkilləri çəkdirildi.

 

110.3 KB