03.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 30.11.2021- ci il tarixdə yazıçı Elxan Elatlının "Xəstə ruhlar" romanı əsasında kitab müzakirəsi keçirdi.Aparıcı Natella Hacıyeva əvvəlcə yazıçı Elxan Elatlının həyat və yaradıcılığl haqqında qısa məlumat verərək bildirdi ki,yazıçı 1962- ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olub.1980-85 -ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini bitirib,1985-2001-ci illərdə doğma kəndində fizika-riyaziyyat müəllimi işləyib.2001-ci ildən Bakı şəhərində yaşayır,2008-ci ildə "Ən çox oxunan yazıçı" elan olunub.İndiyədək 32-i kitabı işıq üzü görüb.Əsərlərində vətənpərvərlik,məhəbbət mövzusu əsas yer tutur.Əsərlərinin əksəriyyəti rus,ingilis dillərinə tərcümə olunub.Ədibin geniş oxucu kütləsi tərəfindən sevilib,oxunmuş romanlarından biri də "Xəstə ruhlar" romanıdır.Bu roman tarixi-dedektiv əsərdir.Roman XX əsrin ən çox səslənmiş yalanı olan 1915- ci il qondarma erməni soyqırımının və həmin əsrin həqiqəti olan 1918- ci il türk - müsəlman soyqırımının yüzüncü ildönümünə həsr olunub.Sonra aparıcı əsər haqqında öz fikirlərini bildirmək üçün çıxışlara söz verdi.Bəziləri əsərdəki hadisələrdən gərildiklərini, bəziləri əsərin mürəkkəb olsa da ustalıqla qələmə alındığını, maraqlı olduğunu,bəziləri doğrudan da ən təhlükəli ruhlar sağlam bədəndə olan xəstə ruhlardır deyə fikirlərini bildirdilər.Tədbirin sonunda aparıcı əsas fikirləri ümumiləşdirdi,yanlış mühakimələrə düzəliş verdi və əsər bütövlükdə qiymətləndirildi.Aparıcı iştirakçılara öz təşəkkürünü bildirdi və onlara Elxan Elatlının digər əsərlərini oxumağı tövsiyyə etdi.