Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “ Ümid işığı ilə yaşayanlar” başlığı altında tədbir keçirilmişdir

03.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 03.12.2021-ci ildə Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq  Gəncə şəhər qüsurlu uşaqların təhsi aldığı 45 №-li xüsusi məktəbdə  “ Ümid işığı ilə yaşayanlar” başlığı altında tədbir keçirdi. Tədbiri 1 saylı kitabxananın kitabxanaçısı Əmiraslanova Günay açdı .Günay uşaqlara müxtəlif  cür nağıllar oxudu. Daha sonra   uşaqlara  video nağılları təqdim etdilər. Uşaqlar göstərilən nağılları çox  maraqla izlədilər.

Filialın müdiri Məlikova Züleyxa uşaqlara nağıl qəhramanları haqqında geniş məlumat verdi. Uşaqların suallarını cavablandırdı.Tədbirin sonunda uşaqlar və müəllimlərlə xatirə şəkilləri çəkdirildi. Bu tədbirin təşkili üçün, məktəbin müəllimləri və valideynlər 1 saylı kitabxana kollektivinə öz təşəkkürlərini bildirdilər.

 

70.4 KB