Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənin xöşbəxt gələcəyin var!”adlı musiqili əyləncəli tədbir keçirilmişdir

03.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi, 3 Dekabr Əlillər günü münasibətilə Goranboy rayon, Ailə və Uşaqlara Dəstək Mərkəzinin birgə təşkilarçllğı ilə "Sənin xöşbəxt gələcəyin var!"adlı musiqili əyləncəli tədbir keçirdilər. Ailə və Uşaqlara Dəstək Mərkəzində başlanan tədbiri mərkəzinin direktoru  Sənəm Alxasova açaraq qeyd etdi ki bu gün bizim hər birimiz fiziki qüsurlu uşaqların yanında olmalı,onların cəmiyyətə adabtasiya olunması,gələcəkdə yaxşı təhsil alması sağlam  nümunəvi vətəndaş olaraq cəmiyyətə qoşulması üçün  onlara kömək etmək hər birimizin borcudu.

Daha sonra Uşaq şöbəsinin  müdiri Rənaa Məhərrəmova "Sən nələrə qadirsən"adlı məruzə ulə çıxış etdi və dövlətimizin daim  bu uşaqların yanında olduğunu onların tam diqqət və qayğı ilə əhatə olunmasını da vurğuladı.Tədbirdə 2 saylı tam orta məktəbin şağirdləri Rəhman Məhərrəmov, Məmmədzadə Şövkət Nemət qızı,Əhmədov Rızvan Mehman oğlu,Əliyev Yusif Vüqar oğlu,Quliyev Nərmin Bəhruz qızı hərbi-vətənpərvərlik mövzusunda  şerlər söylədilər.Alxasova Zeynəbin ifasında hind rəqsi uşaqların sevincinə səbəb oldu.

Uşaqlar kitabxanamızın təşkil etdiyi "Sən tək deyilsən"adlı kitab sərgisi ilə də tanış oldular və Uşaq kitabxanası uşaqlara kitab hədiyyə etdilər.Tədbirdə Şəhid İbrahim Məmmədovun ailə üzvləri və İkinci Vətən müharibəsinin iştirakçıları, da iştirak edirdi.Əyləncəli musiqi proqramı ilə tədbirimiz davam etdi.Tədbirin keçirilməsində bizə göstərdikləri köməkliyə görə Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Sənəm Alxasovaya və onun əməksevər mehriban nümunəvi kollektivinə təşəkkürümüzü bildiririk.

 

35.4 KB