Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Xalq rəssamı Kamil Əliyevin 100 illiy yubileyi münasibəti ilə dəyirmi masa keçirilmişdir

03.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy Dövlət Rəsm Qalereyasında 3 dekabr 2021-cil il tarixində Azərbaycanın Xalq rəssamı Kamil Əliyevin 100 illiy yubileyi münasibəti ilə dəyirmi masa arxasında söhbət və rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Qalereyanın direktoru rəssamın həyat və yaradıcılığı barəsində geniş məlumat verərək bildirmişdir ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycan da Ermənistan SSR-in mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Kamil Əliyev Böyük vətən müharibəsində iştirak etmiş döyüş rəşadətinə görə 22 orden  və medalla təltif edilmişdir. Xalq dekorativ-tətbiqi sənət sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ tətbiqi sənətini yeni yüksəkliklərə qaldıraraq xalça sənətinin incəliklərini qoruyub saxlayaraq onu dahada zənginləşdirən xalçada rəngarəng milli naxışlar rəngçalarları müxtəlif kompozisiya və sujetləryaradan görkəmli bir sənətkardır. Kamil Əliyev 2005-ci il ildə vəfat etmişdir

 

81.1 KB

 

95.5 KB