Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidlər unudulmur” adlı onlayn video konfrans keçirilmişdir.

03.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Samux rayon Qarayeri kənd sakinləri Məmmədov Bayram Elnur oğlu və Allahverdiyev Vüsal Novruz oğlunun həyatlarından bəhs edən " Şəhidlər unudulmur" adlı onlayn video konfrans keçirilmişdi.

Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif konfrans iştirakçılarını salamladı. O, bildirdi ki, vətən müharibəsi başlayanda əsgər Məmmədov Bayram hərbi xidmətini başa vurmasına 3 gün qalmışdı. Kəşfiyyatçı əsgər kimi ön cəbhəyə atıldı, erməni işğalçılarına qarşı rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Məmmədov Bayram ölümündən sonra "Füzulinin azad olunmasına görə", və " Vətən uğrunda" medalları ilə təltif olunub.

Sonra söz Qarayeri qəsəbə klubunun müdiri Həsənova Günelə verildi. Azərbaycan Ordusunun əsgəri olan Allahverdiyev Vüsal Vətən Müharibəsinin ən gənc şəhidi oldu. Vətənpərvərlik ruhunda tərbiyə alan, mənəvi- psixoloji durumu daim yüksək olan igidimiz Bayram kimi Vüsalı da torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi faktı daim narahat edib. Vüsal Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirərkən Xocavənd istiqamətində şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020- ci il tarixli Sərəncamına əsasən Allahverdiyev Vüsal ölümündən sonra " Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

71.2 KB