02.12.2021
01.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq söbəsi Laçın rayonunun işğaldan azad olunduğu gün münasibəti ilə “Dağ vüqarlı məğrur Laçın” adlı söhbət keçirdi.
Görüş MKS-nın Uşaq şöbəsi və M.Ə.Sabir adına tam orta məktəbin 6a sinifi ilə birgə keçirildi.
Görüşü Uşaq şöbəsinin Multimediya Resusları Üzrə Mütəxəssizi İlahiyyə Sadıqova açaraq iştirakçıları salamladı və məktəblilərə Laçının Ermənistan silahlıları tərəfindən işğalı zamanı Azərbaycanın maddi - mədəni irsinə vurulan ziyanı, erməni qəsbkarlarının bəzi tarixi abidələr üzərində həyata keçirdikləri vandalizm aktları barədə məlumat verdi. Bildirdi ki,1992-ci il may ayının 18-də terrorçu ermənistan tərəfindən Azərbaycanın rayonu olan Laçın rayonu işğal edildi. Həmin il Azərbaycan xalqının tarixinə ən ağır bir il kimi daxil olub.
Sonra M.Ə.Sabir adına tam orta məktəbin müəlliməsi Gülnarə Bayramova 44 gün ərzində Vətən mücadiləsi aparan ordumuz haqqında, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti nəticəsində Laçının bir dənə də olsun şəhid vermədən işğaldan azad edilməsindən danışdı. Qeyd etdi ki, Öndərin qoyduğu yolu layiqincə davam etdirən Ali Baş Komandan tariximizi yenidən qızıl həriflərlə yazmaqla yanaşı öz adınıda tarixə qızıl həriflərlə həkk etdi.
Sonda məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər.