02.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq Gəncə şəhər qüsurlu uşaqların təhsi aldığı 45 №-li xüsusi məktəbdə “Mənim nağıllı dünyam” adlı kitab sərgisi təşkil etdi. Sərgilənən kitablar arasında Azərbaycan yazıçıları ilə bərabər dünya ədəbiyyatının tanınmış uşaq yazıçılarının əsrləridə yer almışdır. Sərgidə yer alan Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Gülzar İbrahimova, H.X. Andersen, Qrimm Qardaşları, A.S.Puşkin, L.N.Tolstoy, K.İ.Çukovskinin və s yazıçıların rəngli və illustrasiyalı kitabları ilə tanış olaraq elə sərgidə oxumağa başladılar. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova iştirakçılara kitablar haqqında geniş məlumat verdi. Uşaqların suallarını cavablandırdı. Sonda uşaqlara sərgilənən kitablardan uşaqların marağına səbəb olan nağıl oxundu. Şagirdlər bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət etdilər. Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların həyatında mühüm rol oynayan kitabları uşaqlara sevdirmək və onlarda mütaliə həvəsini dahada artırmaqdır. Sonda tədbirin təşkili üçün məktəbin müəllimləri və valideynlər kitabxana işçilərinə öz təşəkkürlərini bildirdilər.