01.12.2021
30.11 2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Samux şəhər Mədəniyyət evi, şəhər kitabxana filialı, 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə 1990 cı ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Samux rayonu Kolayır kəndinin ilk şəhidi Ağayev Sənan Fərrux oğlunun anım günü ilə əlaqədar şəhidin büstü önündə tədbir keçirildi.Tədbiri giriş sözü ilə 3 saylı tam orta məktəbin müəllimi İbrahimova Gülarə Firuddin qızı açaraq şəhid haqqında geniş məlumat verdi.Sonra şagirdlər şəhidlərimiz haqqında şeirlər söylədilər.Tədbirin sonunda şəhidlərimizə allahdan rəhmət, qazilərimizə can sağlığı, şəhid ailələrinə allahdan səbr dilədilər.