01.12.2021
01.12.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi 44 günlük Vətən Müharibəsində könüllü iştirak etmiş qazilərimiz Əsgərov Ramin Vidadi oğlu, Mamedov İlkin Elçin oğlu, Süleymanov Ruslan Fazil oğlu, Xəlilov Samir Firdovsi oğlu ilə görüş keçirdi.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kitabişləmə şöbəsinin müdiri Kamalov Yaşar çıxış edərək bildirdi ki, Zəfərimizə mənəvi məna verən 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmlənməsindən danışdı.
Qazilərimiz çıxış edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəman oğullarımızın şücaətindən , mərd və qorxmaz olmalarından, yaralı olduqları halda necə vuruşduqlarından danışdı.