Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qüdrətdən səngərli-qalalı dağlar”  mövzusunda söhbət keçirilmişdir

01.12.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ -li kitabxana filialı Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar “Qüdrətdən səngərli-qalalı dağlar”  mövzusunda söhbət keçirdi. Tədbirdə 3 saylı Gəncə Peşə Liseyinin müəllim və şagirdləri iştirak edirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın edərək məğlubiyyətə uğratdı.  Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Əldə etdiyimiz bu Qələbə qədim tarixə malik qüdrətli bir xalqın möhtəşəm uğuru, əvəzolunmaz sonsuz sevinci oldu. Çünki Laçının azad olunması ilə Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi.

 

217.2 KB