01.12.2021
30 noyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Əhmədbəyli kənd kitabxana filialının kollektivi və Əhmədbəyli kənd tam orta məktəbinin kollekivi ilə birgə Aşıq Ələsgərin 200 illiyi "Saz söz ustadı" adlı Əhmədbəyli kənd tam orta məktəbində tədbir keçirildi. Samux rayon Əhmədbəyli kənd kitabxana filialının müdiri Gülər Kərimova tədbir iştirakçılarını salamladı və Aşıq Ələşgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin Tarix müəlliməsi Şükurova Məhəbbət çıxışında qeyd etdi ki, 2021-ci ildə Azərbaycanda ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan ənənəvi tədbirlər keçirilir və Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğunu qeyd etdi. Sonra Samux rayon Əhmədbəyli kənd kitabxana filialının kitabxanaçısı Rəqsanə Abdullayeva öz çıxışında Aşıq Ələsgərin zəngin bədii irsi toy və şənlik məclislərində, çeşmə başında, yaylaqlarda bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarət olduğunu qeyd etdi. Daha sonra Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdləri Ələkbərli Mədinə,Ələkbərli Xədicə ustad sənətkar Aşıq Ələsgərin şeirlərini söylədilər. Sonda məktəbin 8-ci sinif şagirdləri Ümid Atayev ,Ayxan Şükürlü , Əli Yunisli ,Alim İsayev Aşıq Ələsgərə həsr olunan kiçik kompozisya təqdim etdilər