Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş dəyirmi masa keçirilmişdir

01.12.2021

01.12. 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş dəirmi masa keçirilmişdir.
Dəyirmi masada ilk sözü Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva açaraq tədbir iştirakçılarını salamladı. Laçın rayonuunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Respublikası dekabrın 1- də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7- ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Sonra söz Mərkəzin kütləvi iş təşkilatçısı Afərim Verdiyevaya verildi. Bildiyimiz kimi Azərbaycan sentyabrın 27- də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla bitirdi. Biz fəxr edirik ki, bizim uzaqgörən, dəmir yumruqlu Prezidentimiz və Güclü Ordumuz var.
Sonra söz Mərkəzin Metodisti Nurcahan Namazovaya verildi. O, da öz fikirlərini bildirərək qeyd etdi ki, Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarıkmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi- siyasi reallıq yaratdı.

 

63.2 KB

 

77.1 KB