Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz sənə qayıdırıq -Laçınım adlı tədbir keçirilmişdir

01.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləsdirilmiş Kitabxananın Uşaq şöbəsi 01.12.2021 ci-il tarixində 1 Dekabr Laçın rayonunun işğaldan azad olunmasının il dönümü münasibətilə "Biz sənə qayıdırıq -Laçınım"adlı tədbir keçirdi".

Tədbirdə ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbiri açıq elan etdi və iştirakçılara geniş məlumat verdi. Oxu zalının müdiri Samirə Əliyeva 'Laçının işğaldan azad olunması tarixi hadisədir"adlı məruzə ilə çıxış etdi.İkinci Vətən Müharibəsinin iştirakçısı Rəşad Məhərrəmov Azərbaycan əsgərinin şərəfli döyüş yolundan maraqla danışdı və qeyd etdiki məhz biz bu qələbəni Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti,Azərbaycan əsgərinin möhkəm iradəsi şücaəti xalqımızın birliyi nəticəsində nail olduq.Tədbirdə 2saylı tam orta məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söylədilər.Tədbir 'Şəhidlərin şərəfinə inşa edilən "Şəhidlər Xiyabani-Abidə Kompleksində şəhidlərin abidəsinin ziyarəti ilə başa çatdı

 

145.6 KB