01.12.2021
30 noyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarabağlar kənd kitabxana filialı və Qarabağlar tam orta məktəbin 4a sinif şagirdləri və müəllim kollektivi ilə birlikdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə ''Saz və Söz ustadı'' başlığı altında tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qarabağlar kənd kitabxana müdirəsi Gülnarə Bəşirova açaraq saz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verdi.Daha sonra məktəbin müəlliməsi Aynurə Abdullayevaya söz verildi,o da öz növbəsində Aşıq haqqında danışaraq şairin necə məharətlə saz çalıb həmdə söz deməsindən danışdı.Uşaqlar isə öz növbələrində şairin yazdığı şerlərdən oxuyaraq aşıq yaradıcılığı ilə yaxından tanış oldular.