Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Bəhrəm Nizam oğlu İlyasovun ailəsi ziyarət edilib

01.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev Bərdə rayon Nəcəfqulubəyli kənd sakini Vətən Müharibəsi Şəhidi baş kəşfiyyatçı Bəhrəm Nizam oğlu İlyasovun doğum günü ilə əlaqədar ailəsini ziyarət edib.
Şəhid Bəhrəm İlyasovun valideyinlərinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək şəhidimizə Uca Allahdan rəhmət diləyib.
Şəhid ailələrini ziyarət etmək Mədəniyyət sahəsində çalışan bütün əməkdaşların qarşısına əoyulan əsas məqsədlərdən biri olduğunu vurğulayan Elçin Tağıyev  İdarə rəisi cənab Vasif Cənnətovun göstəriş və tapşırıqları əsasında mütəmadi olaraq Şəhid ailələri ziyarət olunur və onların ailələrinə mənəvi qayğı göstərilir.
Sonda Şəhid Bəhrəm İlyasovun anası Şərqiyə Musayevaya "Xarı Bülbül" ün döş nişanı hədiyyə olunmuşdur.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

103.3 KB

 

114.6 KB