Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində kitab xülasəsi keçirilmişdir

01.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 30.11.21-ci il tarixində Etik və estetik tərbiyənin təbliği məqsədilə V.Xəlilov “ Məktəblinin etik-estetik aləmi”,N.Əkbərov “Məktəbdə əxlaq və davranış qaydaları”, “Ailə və cəmiyyətdə əxlaq və davranış qaydaları”, Ədalətli hərəkər edirəm”, “Düzünü deyirəm”  və s kitabların xülasəsi keçirildi. Tədbirdə 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü  məktəb-liseyin III sinif şagirdləri iştirak etdilər. 
    Şöbənin müdiri Ellada Rəhimova ilk növbədə iştirakçılara bildirdi ki, estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və s. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan heç vaxt pisliyə, bədxahlığa, qəddarlığa yol vermir. Sonra kitabları xülasə edərək qeyd etdi ki, hər bir kitabda uşaqların əxlaqi tərbiyəsindən bəhs edən və onlarì dùşündùrən maraqlì hekayələr toplanmışdır. Kitabda 
eyni zamanda davranış və rəftarda etik qaydaları, “bəli”, “xeyr”, “bağışlayın”, “üzr istəyirəm”, “təşəkkür edirəm” kimi sözlərin istifadəsi haqqında geniş məlumatlar toplanmışdır.

 

302.8 KB

 

256.4 KB