Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Laçın azadlığn mübarək ” adlı onlayn yoldaşlıq görüşü keçirilmişdir

01.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Ağcəbədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Laçın rayonunun 28 illik işğalından azad olunması münasibəti ilə “ Laçın azadlığn mübarək ” adlı onlayn yoldaşlıq görüşü keçirildi. Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Tədbiri giriş sözü ilə açan Samux rayon Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova çıxışında Laçın rayonunun işğaldan azad olunmasından. Döyüş meydanında əldə etdilən tarixi Qələbə düşməni təslim olmağa məcbur olunmasında .1-dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020 ci ilin 1 dekabrnda xalqa müraciyyətində Laçın rayonu yağı düşmən tapdağından xilas edildiyini bəyan etməsindən danışdı.Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova çıxış edərək Laçın rayon MKS-nin kollketivini başda Ofelya Şükürova olmaqla Laçın rayonunun işğaldan azad olunması münasibəti ilə təbrik etdi və gələcək işlərində müvəfəqiyyətlər arzu etdi.Laçın rayon MKS-nin direktoru Ofelya Şükürova öz çıxışında Laçın MKSnin kitabxanaları haqda və kitabxana fondu haqda tədbir iştirakçılarına geniş məlumat verdi. Laçın MKS- nin direktor muavini Rüstəmova Rəna, Xidmət şöbəsinin müdiri Xıdırova İlqarə , İnformasiya və Resurs şöbəsinin müdir Quliyeva Narıngül,Oxu zalının müdiri Şahsuvarova Vəsilə, Komplektləşmə və kitab işləmə şöbəsinin işçisi Cabbarova Elmira, Laçın rayon Suarası kənd kitabxana filial müdiri İsmayılova Səbinə hər biri öz çıxışlarında Laçın rayonunun erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələr haqda , yaşayış evləri, məktəblərin dağıdılmasından geniş danışıldı. Tezliklə Laçına dönmələrini və orda yeni kitabxanalarda fəaliyyətlərini davam etmələrini səbirsizliklə gözlədiklərini dilə gətirdilər. Samux rayon MKS-nindən Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçi Süleyman Əliyev, Metodika və biblioqrafiya şəbəsindən böyük metodist Tərifə Verdiyeva,Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva , Seyidlər kənd kitabxana filial müdiri Xatirə Məmmədova, Laçın rayon MKS-nin kollektivini Laçının azad olunması münasibəti ilə təbrik etdilər və Laçın rayonunda böyük tədbirlərdə görüşmlərini arzu etdilər

 

114.2 KB

 

103.5 KB

 

72.8 KB