30.11.2021
29.11.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə birgə Azərbaycanın Xalq şair Ramiz Rövşənin 75 illik yubileyinə həsr olunmuş " Poeziya günəşi" adlı məsafəli dəyirmi masa keçirildi.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov iştirakçıları salamladı. Ramiz Rövşən 1946- ci il dekabrın 15- də Bakının Əmircan kəndində anadan olub. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli filim çəkilib. 2013 - cü ildə " Türk Dünyası Bilim, Kültür və Sanat Ödülü" nü alıb. Avrasiya Akademiyasının akademiki və akademiyanın " Avrasiya Əfsanəsi" mükafatının sahibidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 - cu il tarixli Sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı Koordinasiya Şurasının üzvüdür.
Tədbirdə Şair Bayramov Gəray Rza oğlu Gəncə yazarlar birliyinin üzvü, Azər Əhmədov Çingiz oğlu Yeni Samux qəzetinin redaktoru, Xasay Yusibov Mahmud oğlu könüllü yazar da Xalq şairi haqqında öz fikirlərini bildirdilər. Mərkəzin kollektivi Ramiz Rövşənin həyat və yaradıcılığı haqqında geniş məruzələr edərək onun şeirlərindən səsləndirdilər.