Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ustad Sənətkar Aşıq Ələsgər” adlı ədəbi-bədii gecə keçirilmişdir

29.11.2021

28.11.2021-ci il tarixde Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qiyaslı kənd kitabxana filialı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasíbətì ilə "Ustad Sənətkar Aşıq Ələsgər" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt poeziya seksiyası sədrinin müavini,Əli Kərim adına Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, Sumqayıt şəhərindən qonaq -tikinti mühəndisi ,aşıq, saz-söz sənətənin vurğunu İman Əliyev,Qazax rayon Müəllimlər İnsitutunun 1-ci kurs tələbəsi Aytəl Vəkilova,Samux rayon MKS-nin əməkdaşları iştirak etdilər. Qiyaslı kənd kitabxana filialının müdiri Cəfərova Günel tədbir iştirakçılarını salamladı . Söz Qazax rayon Müəllinlər İnsitutunun birinci kurs tələbəsi Aytel Vəkilovaya verildi.O,aşıq Ələsgərin həyatı haqqında danışaraq qeyd etdi ki, aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.Kiçik yaşlarından Kərbəlayi Qurbanın evində nökər işləyir.Bir müddətdən sonra Kərbəlayi Qurbanın qızı Səhnəbanı ilə sevişir.Kərbəlayi Qurbanın qardaşı pullu Məhərrəm bunu eşidib Ələsgəri qovdurur və Səhnəbanını öz oğluna alır.Bundan sonra Ələsgər saza-sözə meyl salıb aşıqlıq sənətini öyrənir,toylara gedib məhşurlaşır.Sonra Aşıq Ələsgərin yaradıcılığı haqqında Qiyaslı kənd məktəbinin mūəllimi Tamilə Əliyeva danışaraq qeyd etdi ki, aşığın yaradıcılığı müxtəlif mövzulardadır.Saf məhəbbətin tərənnümü,el gözəllərinin tərifi,təbiət gözəlliklərinin təsviri,ictimai eyiblərin tənqidi,əxlaqi-tərbiyəvi fikirlərin ifadəsi öz əksini tapmışdır.O şairin şeirlərindən nümunələr söylədi.Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Poeziya Seksiyası sədrinin müavini,Əli Kərim adına Poeziya Evinin direktoru şair İbrahim İlyaslı aşığın sirli-sehirli kəlamlarından söz açaraq şeirlərindən nümunələr söylədi.Sumqayıt şəhərindən qonaq- tikinti mühəndisi,aşıq,saz-söz sənətinin vurğunu İman Əliyev sazda "Ruhani","Kərəm gözəlləməsi","Dubeyti" kimi aşıq havalarını ifa edərək iştirakçıları feyziyab etdi.Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova,Aşağı Ağasıbəyli kənd kitabxana filialın müdiri Nəsrəddin Bayramov,aşıq Ələsgərin yadıcası Salmanova Samirə çıxış edərək Aşıq Ələsgər haqqında öz sözlərini söylədilər