Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şiddətə son deyək” adlı dəyirmi masa keçirilmişdir

29.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux rayon Sərkar kənd kitabxana filialının və Sərkar kənd Folklor evinin kollektivi ilə birgə Beynəlxalq Qadın Zorakılığına qarşı mübarızə gününə həsr olunmuş "Şiddətə son deyək" adlı dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Sərkar kənd kitabxana filialının müdiri Gülşən Əliyeva açaraq,Zorakılığın baş verməsinin əsas səbəbi,insanın cəmiyyətdəki hüquqlarını bilməməsi və laqeyd yanaşılmadır.Zorakılığa qarşı ,qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlar da mövcuddur.Zorakılıq halları demək olar ki,bütün ölkələrdə çoxluq təşkil etdiyini bildirmişdir.Sonra söz ,Sərkar kənd Folklor evinin müdiri Göyçək xanıma verildi.O da,öz çıxışında son zamanlar cəmiyyətin normal inkişafına mane olan fonomenal bir məsələ olan məişət zorakılığı haqqında öz fikirlərini bildirdi.Sonda insanları Qadın Zorakılığına qarşı çıxmağa çağırdı.