Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Ayxan Musayevin ailəsi ziyarət edilib

29.11.2021

Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialının kollektivi 29.XI.2021 il tarixində II-ci Qarabağ müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun ailəsini ziyarət etdi. 29.XI.2020 ci il Ayxan Musayevin şəhidlik zirvəsinə ucalan günüdür.. Əvvəlcə vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxananın müdiri Məlikova Züleyxa adları vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daima hörmət və ehtiramla yad edildiyini, onların hər birinin gələcək nəsillər üçün örnək olduğunu bildirdi. Sonra şəhidin ailə üzvləri,Əmisi, dayısi, bibisi  Ayxanla bağlı xatirələrini bölüşdülər..

    Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000 ci il tarixində Gəncə şəhərində anadan olmuşdur.2006-2017- ci  illərdə Ayxan Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil almışdır. O, 2016 cı ildə Gəncə şəhər 1 saylı Peşə məktəbinə daxil olaraq, Qaz Qaynaqcısı ixtisası üzrə təhsil almışdır. Ayxan təhsilini bitirdikdən sonra 2019-cu ildə Samux Rayon Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 27 sentyabr 2020- ci il tarixində  II Qarabağ Müharibəsində iştirak etmişdir. Vətən müharibəsi zamanı Fizuli, Xocavənd, Cəbrayıl habelə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ayxan 1 oktyabr tarixində qolundan yaralanmışdır. Yarası tam sağalmasada o yenidən müddətdən artıq fəaliyyət göstərən və səfərbərliklə döyüşə çağırılan əsgərlərə qoşularaq yenidən döyüşə davam etmişdir.

  Ayxan  8 noyabr Şuşa ətrafında   gedən döyüşlər zamanı sağ çiynindən yaralanmışdır. lk tibbi yardım göstərilməsi üçün Fizuli rayonuna gətirilmişdir. Daha sonra isə vəziyyəti ağırlaşdığı üçün  Bakı şəhər Papalin xəstəxanasına aparılmısdir.Ayxan 20 gun komada qalmışdır.  28.11.2020 ci il tarixinde isə gözlərini əbədiyyən bu həyata yumaraq  Şəhidlik zirvəsinə ucalmisdir.

29.11.2020- ci il tarixində isə  Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilmisdir. Ayxan Subay idi. Bir bacısı və anası var. Ölümündən sonra o Fizuli, Xocavənd və Vətən uğrunda medalları ilə təltif olunmusdur. Ayxan Ölümündən sonra "8 Noyabr Zəfər Günü" Münasibəti ilə "Ədalət Yolu"qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Qəyyumlu tərəfindən  "Zəfər Diplomu" ilə təltif olunmuşdur. Böyük Kitabxanaçı Lalə Kərimzadə bildirdi ki,  Ali Baş Komandanımızın, xalqımızın, ordumuzun haqq-ədalət mücadiləsində nələrə qadir olduğu dünya ictimaiyyətinə bəyan oldu. Biz bir daha sübut etdik ki, Azərbaycan xalqı qürurlu və vətənpərvər xalqdır. Haqq nazilər,amma qırılmaz!  Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.

 

68.2 KB

 

102.9 KB