29.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialının kollektivi , Samux şəhər mədəniyyət evinin kollektivi və Samux şəhər 3 saylı tam orta məktəbin kollekivi ilə birgə Aşıq Ələsgərin 200 illiyi ilə "Ələsgərəm hər elimdən halıyam" adlı dəyirmi masa keçirildi. Samux şəhər kitabxana filialının kitabxanaçısı Fatma Mirzəyeva tədbiri iştirakçılarını salamladı. Aşıq Ələşgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Samux şəhər 3 saylı tam orta məktəbin Ədəbiyyat müəlliməsi Fərqanə Qazıyeva çıxışında qeyd etdi ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi qüdrətli, ustad sənətkar Aşıq Ələşgərin anadan olmasının 200 illiyi tamam olur. O Aşıq Ələsgərin zəngin bədii irsi toy və şənlik məclislərində, çeşmə başında, yaylaqlarda bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarət olduğunu qeyd etdi. Daha sonra Samux şəhər Mədəniyyət evinin bədii rəhbəri Gülşən Əliyevaya söz verildi, Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğunu qeyd etdi.Sonra Samux şəhər 3 saylı tam orta məktəbin 10b sinif şagirdləri Hüseyn Zeynalov Aşığın "Dəli alı dastanımdan", Sahil Bayramov "Ustadınam Ceyran" adlı şeirlərini söylədilər.