29.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxaxana Sistemi 20 saylı kitabxana filialı şəhid Natiq Yusif oğlu Əliyevin ailəsini ziyarət etmişdir . Şəhid Natiq Əliyev 1989-cu il may ayının 22-si Gəncə şəhərində anadan olmuşdur. O, orta təhsilini Gəncə şəhər 10 nömrəli məktəbdə almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə cağrılır. O, Beyləqan rayonundakı 161 saylı hərbi hissədə əsgəri xidmətini layiqincə başa vurmuşdur. Daha sonra Natiq Toğanada müddətdən artiq hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Gizir Natiq Əliyev aprel döyüşlərində və İkinci Qarabağ muharibəsində iştirak etmiş medal və fəxri fərmanla mükafatlandırılmışdir. Sonuncu dəfə 16 noyabr 2021 ci il tarixində döyüş zamani əsgər yoldaşlarina yardım edərkən düşmən tərəfindən snayperlə vurulmuş və qəhramancasına şəhid olmuşdur. Evin kiçik övladı olan Natiq Əliyev ailəli idi və Zeynəb adlı 1 yaşlı qız övladı var. Natiqin simasında bütün şəhidlərimizə Allah rəhmət eləsin