29.11.2021
Samux rayon Mədəniyyət Mərkəzi Lək kənd Sənətkarlıq evi, Çobanabdallı Diyarşunaslıq evi kollektivi, Lək kənd kitabxana və Çobanabdallı kənd kitabxana kollektivləri ilə birgə ll Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Çobanabdallı kəndində dünyaya göz açan Qəhrəmanlı Həsənin şəhidlik zirvəsinə ucalmasının birinci il dönümü ilə bağlı şəhidin məzarını ziyarət etdik. Şəhidin ailə üzvləri ilə görüş və söhbətlər təşkil edərək ev muzeyini ziyarət etdik. Şəhidin anası Svetlana xanım Həsənin həyatı haqqında keçdiyi döyüş yollarından danışaraq xatirələrini bizimlə bölüşdü. Çobanabdallı kənd Diyarşunaslıq evinin kütləvi iş təşkilatçısı Həsənin müəllim işlədiyini, və işlədiyi dövrlərdə nəinki kollektivdə, hətta kənd əhalısı arasında sayılıb seçlən özünə hörmət qazanan bir insan olduğunu vurğuladı