Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq” adlı görüş keçirilmişdir

29.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi II - ci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Musayev Ayxanın il dönümü ilə bağlı ailəsilə " Şəhidləri unutmayaq" adlı görüş keçirdi.

Görüşdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif Qəhrəmanımızın ailəsinə dərin hüzünlə baş sağlığı verdi. Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif və kollektivinin təşkilatçılığı ilə hazırlanan foto rəsm anasına təqdim olundu. Şəhidimizin ruhuna dualar oxunaraq təzə- tər çiçəklər rəsmi önünə düzüldü.

Allah bütün Şəhidlərimizə rəhmət etsin !