29.11.2021
27 noyabr 2021-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş I Gəncə Kitab Sərgisinin 2-ci günü keçirilir.
Sərgidə Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası təqdim edilib.