Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gözəllik diyarım əziz Kəlbəcər” adlı şeir saatı keçirilmişdir

26.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı  25.11.2021 –ci il tarixində  25 noyabr Azərbaycanın dilbər güşəsi olan Kəlbəcər rayonunun erməni işğalından azad olunduğu gün  münasibətilə “Gözəllik diyarım əziz Kəıbəcər” adlı şeir saatı keçirdi.

Tədbiri 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva açıq elan etdikdən sonra  Kəlbəcər rayonu haqqında geniş məlumat verdi. Gəncə şəhər Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə  “Kəlbəcər azad  yurdum mənim”,Göy-göl rayon 8 Mart adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova  “Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözlədiyi gün”, BDU-nin mexanika fakultəsinin II kurs tələbəsi Sevil Əliyeva   “Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yol”, ADPU-nun filalogiya fakultəsinin III kurs tələbəsi Hüseyn Əliyev “Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir” adlı çıxışlar etdilər. “Gözəllik diyarım əziz Kəıbəcər”  adlı video-çarxa baxdıqdan sonra 26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədova şair Vidadi Əlinin “Kəlbəcər”, Qəşəmli Mehri Elşən Əzimin “Yurdum “, Qəşəmli İnci Xaqani Həbib oğlunun “Görürəm” , Qəşəmli Gülçin  Rəfael Tağızadənin  “Vətən son məhəbbətim”, Qəşəmli Nuran  Yusif Hüseynin “Kəlbəcər, Kəlbəcər”, Qəşəmli Nuray Nəsib Nəbi oğlunun “Harda qalmısınız Kəlbəcərlilər” şerlərini  söylədilər

 

64.9 KB

 

66.1 KB