26.11.2021
25.11.2021-ci il tarixdə Sərkar Uşaq Musiqi məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirildi. Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İlahə Bayramova bəstəkarın həyat və yaradıcılığından bəhs edən məruzə ilə çıxış etdi. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirildi.
1. “ Lay-lay” kamançada ifa etdi Murad Abdullazadə. Fortepianoda müşayiət etdi Pərvanə Əzimova.
2. “Quşlar” tarda ifa etdilər II sinif şagirdlər Hüseynzadə Ramiz və Salmanov Toğrul. Fortepianoda müşayiət etdi Gülgün Zeynalova. ( müəllim Amil Yusifov)
3. “Məktəblilər nəğməsi” qarmonda ifa etdi III sinif şagirdi Atayev Mehman ( müəllim Uramil Əmiraslanov).
4. “ Lirik rəqs” fortepianoda ifa etdi V sinif şagird Kərimova Reyhanə. (müəllim Fidan Xəlilova).
5. “ Qatar” tarda ifa etdilər II sinif şagirdləri Hüseynzadə Ramiz, Salmanov Toğrul, İbrahimov İbrahim və Abdullayev Ənvər. ( müəllim Amil Yusifov).
6. “ Reyhan” oxudu Elgün Allahverdiyev. Müşayiət etdi tarda Amil Yusifov, kamançada Murad Abdullazadə.
7. “ Kor Ərəbin mahnısı” oxudu Hüseyn Abbasov.