Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Kəlbəcər qayıdışın mübarək ” adlı onlayn yoldaşlıq görüşü keçirildi.

26.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun 27 illik işğalından azad olunması münasibəti ilə “ Kəlbəcər qayıdışın mübarək ” adlı onlayn yoldaşlıq görüşü keçirildi. Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Tədbiri giriş sözü ilə açan Samux rayon Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova çıxışında Kəlbəcərin işğaldan azad olunmasından. Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında əldə etdiyimiz tarixi Qələbə düşməni təslim olmağa məcbur etdi.Noyabrın 25-də Kəlbəcər düşmən tapdağından siyasi yolla azad olunmasından. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020 ci ilin 25 noyabrda xalqa müraciyyətində Kəlbəcər rayonu yağı düşmən tapdağından xilas edildiyini bəyan etməsindən danışdı.Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova çıxış edərək Kəlbəcər rayon MKS-nin kollketivini başda Sadiqə Quliyeva olmaqla Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə təbrik etdi və gələcək işlərində müvəfəqiyyətlər arzu etdi.Kəlbəcər rayon MKS-nin direktoru Sadiqə Quliyeva öz çıxışında işğal nəticəsində rayon ərazisində olan onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 119 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilməsindən, dağıdılmasından danışdı. Kəlbəcər MKS-dən Fətallar kənd kitabxana filial müdiri Bayramova Rəfiqə,Oruclu kənd kitabxana filial kitabxanaçısı Şahverdiyev Ələsgər, Aşağı ayrım kənd kitabxana filial müdiri Abbasova Pərvanə, Tövlədərəsi kənd kitabxana filial müdiri Məlahət Xudaquluyeva , Çaykənd kənd kitabxana filial müdiri Könül Məmişova,Zülfüqarlı Qaragüney kənd kitabxana filial müdiri Şəmsiyyə Məmmədova öz çıxışlarında Kəlbəcərin səfalı münbit təbiyyətindən gözəlliklərindən təsüratları ilə bölüşdülər.Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ,Samux rayon MKS-nindən Metodika və biblioqrafiya şəbəsinin böyük metodist Tərifə Verdiyeva,Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva , Sarıqaya kənt kitabxana filial müdiri Tahirə Abbasova, Sarıqamış kənd kitabxana filial müdiri Xatirə Məmmədova, Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənovada öz çıxışlarında Kəlbəcər MKS-nin kollektivini Kəlbəcərin azad olunması münasibəti ilə təbrik etdilər tezliklə öz yurd yuvalarına qayıdıtmalarını arzu edtdilər.. Sonda Turqut Muradov” Zəfər “ şeiri söylədi