Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

44 günlük Vətən Müharibəsi qaziləri  Bağırov Yusif Azər oğlu  və Nağıyev Elşən Rövşən oğlu ilə görüş keçirukmişdir

25.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialı 25.11.2021- ci il tarixdə  44 günlük Vətən Müharibəsi qaziləri  Bağırov Yusif Azər oğlu  və Nağıyev Elşən Rövşən oğlu ilə görüş keçirtdi. Tədbiri böyük kitabxanaçı Nahidə Əliyeva açaraq  iştirakçıları salamladı və tədbiri açıq elan etdi. Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra qeyd etdi ki, sentyabr ayının 27- dən başlayan , Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Ali baş komandanı İlham Əliyevin ətrafıda sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini göstərdi.
   Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qazi Nağıyev Elşən keçdiyi döyüş yollarından söhbət açdı.
   Vətən Müharibəsi qazisi Bağırov Yusif Fizuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə  vuruşaraq torpaqlarımızı düşməndən azad etməklərindən qürurla danışdı.
  Qazi Bağırov Yusif Azər oğlu Fizuli və Xocavənd uğrunda, Nağıyev Elşən Rövşən oğlu Laçın və Qubadlı uğrunda medalları ilə təltif olunublar.
  Sonda tədbir iştirakçıları Allahdan bütün şəhidlərə rəhmət dilədilər.