Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə” günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir

25.11.2021

24 noyabr 2021-ci il tarixdə Mərkəzi Kitabxana “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə” günü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə Uşaq və Ailələrə dəstək Mərkəzinin əməkdaşları iştirak etdi. Tədbiri Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı.

Təzəgül Abbasova qadın zorakılığına qarşı Mübarizə Gününün tarixi haqqında qısa məlumat verərək dedi ki, bu tarixi gün haqqında BMT-nin Baş Asambleyası 1999-cu il 25 noyabr-da qərar vermişdir.Məqsəd isə həmin gün yəni 25 noyabrda bütün dünyanın diqqətini Qadın Zorakılığına qarşı yönəltməlidir.Uşaq və Ailələrə dəstək Mərkəzinin müdiri Alxasova Sənəm çıxış edərək Məişət zorakılığına qarşı Azərbaycan Respublikasının 2010-cu ildə qəbul etdiyi qadundan danışaraq qeyd etdi ki, hər bir qadın ona qarşı olan zorakılığa dözməməli lazımi gələrsə müvafiq qurumlara müraciət etməlidir. Mərkəzin əməkdaşı Südabə xanım uşaqlara edilən zorakılıqdan danışdı;hər bir valideyni uşaqlara qarşı diqqətli olmağa çağırdı. Mərkəzi Kitabxananın əməkdaşları Raxşəndə Xəlilova və Qəmər Cəfərova çıxış edərək qadın zorakılığına müasir dövrdə tez-tez rast gəldiklərini söylədilər.Onlar bildirdilər ki, qadınları onlara edilən zorakılığa laqeyid olmamalı öz hüquqlarının tapdanmasına imkan verməməlidirlər. Tədbiri təşkil edən Xidmət şöbəsinin  müdiri Səidə Abdullayeva çıxış edərək qadınların ən çox mənəvi psixoloji zorakılığa məruz qaldığını, müxtəlif qadın zorakılıqlarına qarşı birləşməyi tövsiyyə etdi. Sonda tədbirin aparıcısı Təzəgül Abbasova çıxış edərək belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini söylədi, tədbirdə iştirak etdiklərinə görə “Uşaq və Ailələrə dəstək Mərkəzinin” əməkdaşlarına öz təşəkkürünü bildirdi.