24.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirildi.
Tədbirdə Gəncə şəhər 4 saylı və 44 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi və qəsəbə sakinləri iştirak etdilər. Şagirdlərə Xocalı soyqırımı haqqında geniş məlumat verildi. Muzeyin direktoru Tofiq Məmmədov çıxış edərək 26 fevral 1992-ci il Xocalı Soyqrımı ilə bağlı faktlarla tədbir iştirakçılarına məlumat verdi. Həmin faciəni əks etdirən fotoşəkillərdən ibarət təşkil edilmiş ekspozisiyaya baxış keçirildi.