23.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 22.11.2021-ci il tarixdə "Nağıllar aləminə səyahət" başlığı altında 22 saylı Körpələr evində nağıl saatı təşkil etdi. Kitabxanaçı Qafarova Könül dünya xalq nağıllarından seçmələr, Rus xalq nağıllarından "Qoğal", Suteyev V. "Miyo edən kim idi", Ukranya xalq nağılı "Əlcək", Tatar nağılı "Üç öyüd" nağıllarını söylədi.
Körpə fidanlar nağılları həvəslə dinlədilər. Bir-birindən fərqli, rəngarəng seçilmiş şəkilli nağıllar uşaqların sevincinə səbəb oldu